İnsan resursları

İnsan Resursları siyasətimiz müəssisə qarşısında duran strateji məqsədlərə çatmaqdan ötrü, dəyərlərini qəbul edən, peşəkar bir komanda yaradaraq, qarşılıqlı maraqlar balansını düzgün seçməklə, bu məqsədlərin həyata keçirilməsini təmin etməkdən ibarətdir.Biz işçilərin təşəbbüskarlıq, komandada işləmək bacarığı, öz üzərində daim çalışmaq kimi keyfiyyətlərinə qiymət verir və inkişaf etdiririk. Belə keyfiyyətlərə malik olan əməkdaşlarımız üçün professional və karyera inkişafı üçün gözəl imkanlar mövcuddur.Müəssisəmizin imici ilk növbədə personaldan, o cümlədən idarəetmədən, onun peşəkarlığı və işə münasibətindən asılıdır. Buna görə də əməkdaşların professional və şəxsi keyfiyyətlərinə, onların inkişafına, həmçinin korporativ mədəniyyət normalarına riayət edilməsinə xüsusi diqqət yetiririk.

İntizamlı, çalışqan, işinə bağlı əməkdaşlarımız, qanun və qaydalara riayət etməyimiz bizi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümunəvi müəssisəsi edən xüsusiyyətlərimizdir.Müəssisəmiz 40 ildən artıqdır fəaliyyət göstərir. Əməkdaşlarımızın orta yaşı 30-dur. Bu da öz növbəsində kollektivin daha dinamik və yaradıcı olmasına şərait yaradır. Müəssisəmizin fəaliyyəti dövründə İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanmasında böyük əməyi olmuşdur. Bizim məqsədimiz Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsinin inkişafında peşəkar kadrların hazırlanması və onların daim inkişaf edən yeni texnologiyaların mənimsənilməsinə köməklik göstərməkdir.Müəssisədə işçi-rəhbər münasibətləri interaktivdir. Rəhbərlik əməkdaşlara dəyər verdiyi kimi, əməkdaşlar da öz növbəsində müəssisənin maraqlarını özlərinə doğma sayırlar.Biz inanırıq ki, peşəkarlardan ibarət olan heyətimiz qarşısında duran məqsədlərə çatmağa qadirdir.


Təltiflər
Əməkdar mühəndis
1
Tərəqqi medalı
1
Rabitə ustaları
11
İntellektual potensial
Fəlsəfə doktoru 2 Mühəndis-proqramçılar
17
Ali təhsillilər
105
Mühəndis-elektronçular
2
Mühəndislər
47
Proqramçılar
8